top of page

LAVA+

LAVA+ effektiv komponentlərlə zəngin krem-maskadır, əsasını mənşəyinə və fiziki-kimyəvi xüsusiyyətlərinə görə unikal kosmetik vasitə olan vulkanik palçıq təşkil edir. Mikrosirkulyasiyanı yaxşılaşdıraraq dərini qidalandırır, onu zərərli mikroorqanizmlərdən, toksinlərdən və ətraf mühitin digər mənfi təsirlərindən qoruyur. Maddələr mübadiləsini aktivləşdirir, yeni dəri hüceyrələrinin əmələ gəlməsini və regenerasiya prosesini stimullaşdırmaqla dərini təzələyir, qırışların sayını, dərinliyini və uzunluğunu azaldır. Dərini tonuslandırır və elastikləşdirir, antisellülit təsir göstərir. İltihabi yaraların və çapıqların (müddətindən və dərinliyindən asılı olaraq) iz qalmadan sağalmasına kömək edir.

LAVA+ krem-maskanın unikal tərkibi sayəsində dərinin yaşla və ya ətraf mühitin zərərli təsirlərilə yaranmış bir çox problemləri aradan qalxır. Krem-maskanı istər profilaktik, istərsə də müalicəvi məqsədlə istifadə etmək mümkündür. Əksər dəri problemlərinin, o cümlədən, sızanaq, çil, ləkə, qırışlar, çapıqlar və s. profilaktikası və müalicəsi üçün olduqca effektivdir və ilk istifadədən etibarən müsbət nəticə verir.

Əsasən üz dərisi olmaqla, bədənin istənilən nahiyəsindəki dəriyə tətbiq oluna bilər. Hər yaş dövründə və bütün növ dərilər üçün istifadəsi uyğundur.

 

TƏRKİBİ / INGREDIENTS:

VULKANİK PALÇIQ / VOLCANIC MUD, AKTİVLƏŞDİRİLMİŞ KÖMÜR / ACTIVATED CHARCOAL, SİNK OKSİD / ZINC OXIDE, KARBAMİD / UREA, ASKORBİN TURŞUSU (C VİTAMİNİ) / ASCORBIC ACID (VITAMIN C), LİMON TURŞUSU / CITRIC ACID, ETANOL / ETHANOL, SU / AQUA.

 

İSTİFADƏ QAYDASI:

İstifadədən öncə dəri gündəlik sabun və ya təmizləyici vasitə ilə təmizlənir. LAVA+ krem-maska öz şpateli ilə azca qarışdırılır və təmiz dəriyə çəkilir, 20-25 dəqiqə sonra su ilə yuyulur.

Həftədə 2-3 dəfə istifadə olunması tövsiyə olunur.

Krem-maska gözətrafı sahəyə və dodaqlara, eyni zamanda açıq yara olan dəriyə istifadə olunmamalıdır.

Krem-maskanın mayesinin onun üzünə yığılması mümkündür, bu, vulkanik palçığın normal xüsusiyyətidir. Həmin mayeni atmaq olmaz, qarışdıraraq, istifadə etmək lazımdır.

Plastik qabın qapağının altında kip bağlanmış membran mövcuddur, krem-maskanın hər istifadəsindən sonra həmin membran eyni qaydada örtülməlidir, bu, onun qurumasının qarşısını alır. Quruduğu halda krem-maskaya az miqdarda təmiz su əlavə edərək qarışdırmaq və yenidən istifadə etmək mümkündür.

 

İSTİFADƏYƏ YARARLILIQ MÜDDƏTİ:

2 il.

İstehsal və son istifadə tarixi qablaşmanın üzərində qeyd olunmuşdur. İstifadə müddəti bitdikdən sonra istifadə etməyin. Qapağı açılmış bankanın istifadəyə yararlılıq müddəti 6 aydır.

 

SAXLANMA ŞƏRAİTİ:

Orijinal qablaşmasında, 25°C-dən aşağı temperaturda, uşaqların əli çatmayan, qaranlıq şəraitdə saxlanılmalıdır.

 

QABLAŞMA FORMASI:

50 ml-lik banka, şpatel və təlimat vərəqi ilə birlikdə, karton qutuda.

 

DƏRMAN VASİTƏSİ DEYİL. KOSMETİK VASİTƏDİR.

 

İSTEHSALÇI:

“Murad Habib Labs” MMC

Bakı, Azərbaycan

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Gigiyenik sertifikatı

 

ГОСТ 31460-2012

symbols.png

© 2019-2023, "Murad Habib Labs" MMC

  • Black Facebook Icon
  • Black Instagram Icon

Health

bottom of page