top of page

VITRIFOL

Xüsusiyyətləri:

Vitrifol – effektiv komponentlərin xüsusi texnologiya və miqdarda qarışımdan ibarət serumdur; öz unikal tərkibi sayəsində:

– Saç tökülməsinə qarşı güclü təsir göstərir;

– Saça canlılıq və təbii parlaqlıq verir;

– Saç dərisini qidalandırır.

Vitrifolun saç dərisində və tüklərdə qeyd olunan əsas xüsusiyyətləri onun tərkibindəki komponentlərin aşağıdakı təsirləri nəticəsində baş verir:

– Baş dərisinə və tüklərin kök zonalarına qidalandırıcı və iltihabəleyhi təsir;

– Saç tellərinin “canlılığı”, parlaqlığı və elastikliyinin təmin olunması (solğunluğa qarşı “lipid qorunması” effekti);

– Nazikləşən, “haçalanan” və qırılan saç tellərinin bərpası;

– Baş dərisində qan dövranının (mikrosirkulyasiya) yaxşılaşması;

– Köməkçi maddələrin təsiredici maddələri dərinin daxilinə – tüklərin soğanaqlarına daha yaxşı nüfuz etməsinin (“daşınmasının”) təmin olunması.

Qadınlarda və kişilərdə, hər yaş dövründə, bütün növ dərilər və saçlar (o cümlədən, rənglənmiş) üçün istifadəsi uyğundur.

Tərkibi (INCI):

Cucurbita Pepo seed oil; Helianthus Annuus seed oil; Mentha Piperita leaf oil; Nigella Sativa seed oil; Olea Europaea; Prunus Amygdalus Dulcis seed oil; Ricinus Communis seed oil; Rosmarinus Officinalis leaf oil; Sesamum Indicum seed oil; Vitis Vinifera seed oil; Vitamin E (Alpha Tocopheryl Acetate).

İstifadə qaydası:

Vitrifol saç dərisinə həm əllə, həm də derma roller vasitəsilə tətbiq oluna bilər. Derma rollerlə tətbiq olunduğu zaman preparat daha tez və daha yüksək effekt göstərir. Təmiz baş dərisinə tətbiq olunmalıdır. Bir istifadə zamanı təxminən 2 ml serum istifadə olunur (hər dəfə götürülən məhlul pipetin yarısından bir qədər az olur, bu şəkildə bütün baş dərisi üçün pipetlə 4-5 dəfə serum götürülür).

Sadə tətbiq:

Pipetdəki məhlul saç diblərinə hissə-hissə boşaldırlaraq, barmaq ucları ilə masajvari hərəkətlərlə dəriyə hopdurulur.

Derma rollerlə tətbiq:

Saç hissələrə ayrılır, pipetdəki məhlul baş dərisinin hər sahəsinə hissə-hissə boşaldılır və derma rolleri 6-8 dəfə irəli-geri hərəkət etdirməklə, serum dəriyə hopdurulur. Derma roller yüngül təzyiqlə istifadə olunmalıdır, onu dəriyə bərk basmaq, dərini zədələmək / qanatmaq olmaz. Yüngül qızartının olması normaldır.

Serumun istifadəsindən sonra normal və quru saçlarda 2-4 saat, yağlı və ya kəpəkli saçlarda 1-2 saat saxladıqdan sonra sulfatsız şampunla yuyulmalıdır, bu, daha yaxşı nəticə əldə etmək üçün əhəmiyyətlidir.

Vitrifol həmçinin, bilavasitə saç tellərinə və ya onların uclarına da tətbiq oluna bilər.

Eyni zamanda başqa maddələr (preparatlar) istifadə etməyin.

Vitrifol həftədə 2-3 dəfə istifadə olunur.

Əlavə təsirləri / Ehtiyat tədbirləri:

Həssas dəridə məhsulun istifadəsi allergik reaksiyalara səbəb ola bilər. Bu cür halların baş verməməsi üçün əvvəlcə baş dərisinin kiçik bir hissəsinə tətbiq olunması, bir müddət hansısa problem görülmədikdə bütün başa istifadəsi tövsiyə olunur.

Hamilə qadınların və süd verən anaların istifadədən öncə həkimlə məsləhətləşmələri tövsiyə olunur. Məhlulun gözə düşməsindən ehtiyat etmək lazımdır, bu baş verərsə, gözü su ilə yuyub, həkimə müraciət edin.

İstifadəyə yararlılıq müddəti:

3 il.

İstehsal və son istifadə tarixi qablaşmanın üzərində qeyd olunmuşdur. İstifadə müddəti bitdikdən sonra istifadə etməyin. Flakonun qapağının ilk açılışından sonra istifadəyə yararlılıq müddəti 6 aydır.

Saxlanma şəraiti:

Orijinal qablaşmasında, quru və qaranlıq şəraitdə, 25°C-dən aşağı temperaturda, uşaqların əli çatmayan yerdə saxlanılmalıdır.

Qablaşdırma forması:

30 ml serum pipet qapaqlı şüşə flakonda, təlimat vərəqi ilə birlikdə karton qutuda.

İstehsalçı:

“Murad Habib Labs” MMC,

Bakı, Azərbaycan.

www.muradhabiblabs.com

info@muradhabiblabs.com

 

 

 

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi

“Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” PHŞ-nin

TGR № 032 saylı, 27.02.2026 tarixli Toksikoloji-Gigiyena Rəyi

 

ГОСТ 32852-2014

TR EAEU 009/2011

© 2019-2026, "Murad Habib Labs" MMC

  • Black Facebook Icon
  • Black Instagram Icon

Health

bottom of page